Ana Sayfa > Karusel / Şou-Biznes > "Yəqin ki gücünüz 100 manat qazanacaq qədərdir"

"Yəqin ki gücünüz 100 manat qazanacaq qədərdir"


26-08-2015, 18:55. Yazar: Sahane
"Yəqin ki gücünüz 100 manat qazanacaq qədərdir"
Müğənni Xatirə İslam onu toya baha qiymətə getməkdə ittiham edənlərə cavab verib.
Xəbəraz.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə yazıb:

"Mən başa düşə bilmirəm ki, sosial şəbəkədə bizi tənqid edənlərin işi-gücü yoxdur? Allah istəməsə, ağacdan bir yarpaq düşə bilərmi? Deməli, Allah istəyir ki, kimsə ayda 100 min manat, kimsə 10 min manat yesin. Gəlin Allahın işinə burnumuzu soxmayaq. Çox pulun dərdi çoxdur, yəqin sizin gücünüz 100 manat qazanacaq qədərdi. Başqa müğənniləri deyə bilmərəm, amma mən istəyərdim ki, Allah mənim 10 minlərimi alıb bizi tənqid edənlərə versin.

Amma sizin bütün sağlamlığınızı mənə versin. Balanızın sağlamlığını da balama versin. Razı olardınız? Dərin düşünün, mən razıyam. Futbolçularımız, həkimlərimiz var ki, milyon qazanır. Allah kimin nəyi varsa, özünə versin. Bu müğənnilərdən nə istəyirsiz? Vallah düz deyirəm. Bizdə milyonçu müğənni yoxdur, hamısı şoudur. Nə qədər pulumuzu sayacaqsız, biz artmayacağıq. Axırda da əsəbdən, stressdən xəstəlik tutacağıq və sonda öləcəyik".
Geri dön