Ana Sayfa > Karusel / Hadisə / Gündəm / Xəbəraz TV > Diqqətli olun! - Ölkədə 10 nəfərə yaxın şəxs vatsap dələduzluğunun qurbanı olub - VİDEO

Diqqətli olun! - Ölkədə 10 nəfərə yaxın şəxs vatsap dələduzluğunun qurbanı olub - VİDEO


22-08-2022, 11:15. Yazar: Xeberaz




Azərbaycanda yeni növ dələduzluq yayılıb. Belə ki, tanımadığınız şəxslər sizə dostunuzun adından yazıb pul tələb edə bilərlər. Diqətli olun!

Bəs fırıldaqçılar hansı yolla insanları aldatmağa çalışır?

Məsələ ilə bağlı texnoblogger Fərid Pərdəşünas xəzər xəbər-ə danışıb. 

O bildirir ki, dələduzlar insanlara dostlarının profil şəkli olan vatsap nömrələrindən yazaraq, analarının vəziyyətinin ağır olduğunu və evdən tələsik çıxdıqları üçün pul götürə bilmədiklərini deyirlər. 

Ardınca dələduz, müraciət etdiyi şəxsə özünü dostu kimi qələmə verdiyi adamın adına olan kart hesabı yollayır. Bunun üçün də, fırıldaqçı əvvəlcə dostunuzun bank tətbiqini ələ keçirir. Onlar bu yolla insanlardan 150-200 manata yaxın pul mənimsəyirlər. Təəssüf ki, artıq ölkəmizdə də 10 nəfərə yaxın şəxs də həmin fırıldağın qurbanı olub. 

Daha ətraflı sujetdə:



VİDEO



Geri dön