Ana Sayfa > Karusel / Təhsil / Xəbəraz TV > Valideynlərə ŞAD XƏBƏR: Ucuz məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR - VİDEO

Valideynlərə ŞAD XƏBƏR: Ucuz məktəbli yarmarkaları açıldı - QİYMƏTLƏR - VİDEO


21-08-2022, 11:03. Yazar: Xeberaz





Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb.

Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.

Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir.

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.

Yarmarkada qiymətlər belə dəyişir:

Qələm: 10 qəpikdən - 60 qəpiyə qədər. 

Dəftər: 20 qəpikdən - 90 qəpiyə qədər. 

Pozan: 20 qəpikdən - 70 qəpiyə qədər. 

Su qabı: 7 manatdan - 15 manatadək.

Çanta: 12 manatdan - 40 manatadək. 



VİDEO



Geri dön