Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV / Gündəm > Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir - VİDEO

Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir - VİDEO


17-08-2022, 11:13. Yazar: Xeberaz


Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

FHN-dən  verilən məlumata görə, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Əlavə məlumat veriləcək.


VİDEO



Geri dön