Ana Sayfa > Karusel / Gündəm / Maraqlı / Araşdırma > Dəhşətli SSENARİ: 5 milyard İNSAN ÖLƏCƏK?

Dəhşətli SSENARİ: 5 milyard İNSAN ÖLƏCƏK?


16-08-2022, 12:39. Yazar: Xeberaz


ABŞ-da aparılan bir araşdırmanın nəticəsində mümkün nüvə müharibəsi zamanı 5 milyarddan çox insanın həlak ola biləcəyi ortaya çıxarılıb.

Rutgers Universitetinin alimləri ABŞ və Rusiya arasında müharibə zamanı baş verə biləcək bütün ssenariləri araşdırıblar.

"Nature Food" elmi jurnalında dərc edilən araşdırmada nüvə müharibəsinin səbəb olduğu tüstü, qalıq və hisin günəş işığının qarşısını ala biləcəyi və milyardlarla insanın ölümünə səbəb ola biləcəyi ifadə edilib.

Tədqiqata rəhbərlik edən və xüsusi modelləşdirmə sistemindən istifadə edən Rutgers Universitetinin Ətraf Mühit Elmləri İnstitutunun professoru Alan Robok nəticələr barədə belə deyib:


"Bu məlumatlar bizə sadəcə bir şeyi deyir. Biz hər hansı bir nüvə müharibəsinin qarşısını mütləq almalıyıq”.


Geri dön