Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə / M2 > Nəyə görə tez-tez sabunla çimmək olmaz?

Nəyə görə tez-tez sabunla çimmək olmaz?


16-08-2022, 12:27. Yazar: Xeberaz
Bunu həkim dermatoloq Liliya Dışleva bildirib.

Onun fikrincə, isti su ilə sabun birlikdə dərinin quruması və susuzlaşmasına səbəb olur.

Müntəzəm olaraq, duş gelləri, köpüklər istifadə etdikdə, onların tərkibində olan natrium dərinin lipid baryerini pozur və ordan virus, patogen bakteriyaların keçməsini təmin edir.

Gündə bir neçə dəfə duş ala bilərsiz, amma hər dəfə sabun, gel istifadə etməyə gərək yoxdur. Xüsusən bədənin bütün səthinə boyundan tutmuş ayaqlara kimi sabun çəkmək lazımsızdır.

Sadəcə qoltuqaltını sabunlasaz yetərlidir.

İsti su soyuq suya nisbətən, dəriyə, bədənə daha çox zərər vurur. Qışda isti su ilə duş dərinin qabıqlanmasına səbəb olur.


Payız, qışda ideal olaraq həftədə 2 dəfə sabun və gellə yuyunmaq olar.

Geri dön