Ana Sayfa > Karusel / Şou-Biznes > "Salman Xan İlhaməni göstərib soruşdu ki, anandır?"

"Salman Xan İlhaməni göstərib soruşdu ki, anandır?"


11-08-2022, 15:11. Yazar: Xeberaz


"İlhamə Qasımovaya "nənə" deyirəm. Lənkəran ləhcəsi ilə bir-birimizi belə çağırırıq. "Nənə" yəni, doğma insan kimi qələmə verilən bir sözdür"


Xeberaz.az xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Özəl" verilişində qonaq olarkən deyib. O, müğənni İlhamə Qasımova ilə Hindistanda olarkən başına gələn maraqlı hadisəsdən də söhbət açıb.

"Biz İlhamı ilə Hindistanda olmuşuq. Orada Salman Xanın (red. - Bollivud ulduzu) çəkilişləri var idi. O da məni tanıyır, çünki, şouda (red. - "İndias Best Cine Star Ki Khoj") münsiflik etmişdi, mənə səs vermişdi. İlhamənin də dəhşət dişi ağrıyırdı. Şalı başına doluyub dayanmışdı. Böyük bir restoran idi, Salman Xan da çəkiliş heyəti ilə orada əylənirdi. Onun cangüdəninə dedim ki, Salman oradadırsa, deyin ki, Oksana xanım gəlib, salamlaşmaq istəyirəm.

Gəldi, məni qucaqladı, restorana qalxanda nə baş verdi? Salaman Xan İlhaməyə belə baxdı, onu göstərib soruşdu ki, anandır? Elə o vaxt İlhamənin dişinin ağrısı keçdi. Amma sonra dostlaşdılar. Hətta Salman gedib öz otağından ona ağrıkəsici dərman gətirmişdi" deyə, Oksana bildirib.


Geri dön