Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO

Arvadına əsəbiləşib 300 adamı evsiz qoydu: Yevlaxdakı yanğınla bağlı YENİ DETALLAR - VİDEO


10-08-2022, 12:27. Yazar: Xeberaz




Ötən gün Yevlax şəhəri ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsinin yeni təfərrüatı məlum olub.


Hadisə ilə bağlı  danışan şahidlərin iddialarına görə, yanğına 1977-ci il təvəllüdlü Murad Əliyev səbəb olub.

Onların sözlərinə görə, daim sərxoş vəziyyətdə olan Murad Əliyevin həyat yoldaşı ilə mütəmadi olaraq ailə-məişət zəminində münaqişələri olub. Onun həyat yoldaşı bu hala artıq dözə bilmədiyindən evi tərk edib. Bundan daha da hiddətlənən Murad Əliyevin avqustun 9-u saat 18 radələrində yenə içkili vəziyyətdə evə gəldiyi və qəsdlə evi yandırdığı iddia edilir.

Bundan sonra yanğın bütün binaya yayılıb. Qonşular evlərindən heç bir əşya çıxara bilmədiklərini deyirlər.



VİDEO



Geri dön