Ana Sayfa > Karusel / Gündəm > Sabah 39 dərəcəyədək isti olacaq

Sabah 39 dərəcəyədək isti olacaq


1-08-2022, 13:22. Yazar: Xeberaz



Avqustun 2-nə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.






Geri dön