Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanda valideynlər buna görə 4 il həbs edilə bilər

Azərbaycanda valideynlər buna görə 4 il həbs edilə bilər


26-07-2022, 11:12. Yazar: Xeberaz



İstənilən halda övladını erkən yaşda nikaha sövq etdiyi üçün valideyn məsuliyyət daşıyır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Məmmədov azyaşlıların ailə qurması ilə bağlı danışarkən deyib.

O bildirib ki, bu məsələdə valideynin övladını məcbur evləndirməsi faktı sübuta yetirilərsə, o zaman onları 4 min manat cərimə və yaxud 4 ilə qədər həbs cəzası gözləyir:

"Yox, əgər ata-ana qanunu bilməyərəkdən yetkinlik yaşına çatmayan övladını nişanlayarsa, o zaman xəbərdarlıq edilir və nikahın qarşısı alınır. Bu xəbərdarlığa məhəl qoymadıqları təqdirdə artıq onlar məsuliyyət daşıyırlar.
Lakin ailədən başqa müəllim və ya digər qurumlar bu hadisəni bilib aidiyyəti orqana məlumat verməsə, onlar da məsuliyyətə cəlb olunurlar".




Geri dön