Ana Sayfa > Karusel / Gündəm > Temperatur enəcək, yağış yağacaq - Xəbərdarlıq
Temperatur enəcək, yağış yağacaq - Xəbərdarlıq20-07-2022, 17:34. Yazar: Xeberaz |
Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq. Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək. Geri dön |