Ana Sayfa > Karusel / Təhsil / Foto-fakt > MİQ imtahanında suallar öncədən bəzi iştirakçılara göndərilib? - FOTO

MİQ imtahanında suallar öncədən bəzi iştirakçılara göndərilib? - FOTO


17-07-2022, 12:31. Yazar: Xeberaz



Sosial şəbəkələrdə Müəllimlərin işə qəbulu (MİQ) imtahanında (Riyaziyyat fənni üzrə) istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara göndərilməsi ilə bağlı məlumat yayılıb.

Bu barədə təhsil eksperti Kamran Əsədov feysbuk hesabında yazıb.

"Təhsil Nazirliyinin dünən keçirdiyi Müəllimlərin işə qəbulu imtahanında Riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara müəllif - ekspert tərəfindən göndərilməsi barədə çoxsaylı müraciətlər var. Əgər həqiqətən də bu fakt təsdiqini taparsa, böyük tərbiyəsizlik, səriştəsizlik, bacarıqsızlıq nümunəsi olacaqdır. Həqiqətən də, bir sual belə, öncədən göndərilibsə, sizə söz verirəm, bütün təşkilatçıların, o özü özünü yoxlamağa gələn də daxil olmaqla, istefasını təmin edəcəyəm. Kiminsə taleyi ilə oynamaq hüquqları yoxdur".

Təhsil İnstitutundan bildirilib ki, sosial media resurslarında riyaziyyat fənni üzrə test imtahanlarına dair səsləndirilən fikirlərlə bağlı Təhsil İnstitutu müvafiq araşdırmalar aparır: "Fənn müəllimləri və ekspertlərin iştirakı ilə aparılan araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".


Məqaləyə dair fotomateriallar:



Geri dön