Ana Sayfa > Karusel / İdman / Fotogalereya > Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi oldu - FOTO

Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi oldu - FOTO


26-08-2015, 01:33. Yazar: Xeberaz
Şəhriyar Məmmədyarov “Vyana Open 2015”in qalibi oldu - FOTO
6 oyundan ibarət matç keçirilib.

Avstryada keçirilən “Vyana Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb.

Xəbəraz.az -ın Apasport.az-a istinadən məlumatına görə, 50 ölkədən 850 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov və Afiq İsrafilov təmsil edirdilər.

Festival A ,B, C və D turnirlərindən ibarət keçirilirdi.

Həmçinin festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət matç keçirilib. Şəhriyar Məmmədyarov 3.5-2.5 hesabı ilə yarışın qalibi oldu.

Festivalın A turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli aktivinə 7 xal yazraq 6-18-ci yerləri bölüşdürdü. Nərgiz Umudova isə 9 oyundan 5.5 xal toplayıb. C turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6.5 xal toplayaraq 6-cı, Afiq İsrafilov isə 6 xal toplayaraq 17-ci yerin sahibi olub.

Yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilirdi.


Geri dön