Ana Sayfa > Karusel / Maraqlı > Professordan siqaret asıllığını YOX EDƏN CÖVHƏR RESEPTİ

Professordan siqaret asıllığını YOX EDƏN CÖVHƏR RESEPTİ


13-07-2022, 10:32. Yazar: Xeberaz



Türkiyəli professor və tanınmış təbib İbrahim Saraçoğlu siqareti tərgitmək istəyənlərə xüsusi cövhər məsləhət görüb.

Professor Yunan lavandası və kəklikotunun siqaret asıllığını və mənfi təsirlərini azaltdığını iddia edib.


İnqrediyentlər:

- 7 ədəd sünbül halında Yunan lavandası

- 1 stəkan su

Hazırlanması:

1 stəkan qaynamış suya Yunan lavandasını əlavə edib dəmləyin. Soyuması üçün 6-7 dəqiqə gözləyin, daha sonra suyunu süzün. Bədəniniz siqaret tələb edən zaman bu cövhərdən bir qurtum için.

Günortaya qədər yunan lavandasını içib bitirsəniz, axşam kəklikotu dəmləyin.

İnqrediyentlər:

- 1 çay qaşığı quru kəklikotu

- 1 stəkan su

Hazırlanması:

Qaynamış suya bir çay qaşığı quru kəklikotu atın və bu şəkildə 6-7 dəqiqə daha qaynadın. Soyuduqdan sonra süzərək istədiyiniz zaman için.





Geri dön