Ana Sayfa > Karusel / Gündəm / M2 / Xəbəraz TV > Şuşa sakinlərinə MÜJDƏ: Bu tarixdə köçürülmə başlayır - VİDEO

Şuşa sakinlərinə MÜJDƏ: Bu tarixdə köçürülmə başlayır - VİDEO


10-07-2022, 12:07. Yazar: Xeberaz


Şuşalıların sədası gələn ilin sonunda elə Şuşadan eşidiləcək. Mədəniyyət paytaxtımız ilk sakinlərini qəbul edəcək. 30 il öncə məcbur qalaraq evini tərk edən insanlara mənzillərinin açarları təqdim olunacaq.

Bu barədə Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsi zamanı danışıb. Və bildirib ki, Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb.

Zəngilanın Ağalı kənd sakini olan 41 nəfər isə bu ayın sonuna qədər doğma yurd-yuvasına geri dönür. Bunu isə müşavirə zamanı Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. O, Zəngilanın baş planından da danışıb.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov isə çıxışında Qarabağda nəqliyyat, logistika, enerji təchizatı sahələrində də paralel olaraq işlərin aparıldığını diqqətə çatdırıb.

Bu arada xarici işlər naziri Ceyhun Bayramov müşavirəyə diqqət çəkərək, sülh quruculuğu və çağırışları ilə bağlı təqdimatların Şuşada keçirilməsinin rəmzi mənası olduğunu deyib.Nazirin sözlərinə görə, sülh quruculuq prosesində qalib olmaqla bütün dünyaya fərqi nümayiş etdirəcəyik.



VİDEO



Geri dön