Ana Sayfa > Karusel / Hadisə > Bakıda dənizdə 7 yaşlı qız nənəsinin gözləri qarşısında boğulub

Bakıda dənizdə 7 yaşlı qız nənəsinin gözləri qarşısında boğulub


7-07-2022, 12:07. Yazar: Xeberaz



Bakıda məktəb şagirdi dənizdə boğulub.

Hadisə Pirşağı qəsəbəsində yeləşən çimərlikdə qeydə alınıb.

Zəngilan şəhəri, 1 saylı orta məktəbin ikinci sinif şagirdi 7 yaşlı Rəbiyə Məmmədli nənəsi ilə birgə çimərlikdə olarkən dənizdə batıb. Hadisə onun nənəsinin gözləri qarşısında baş verib.

Azyaşlının meyiti çıxarılaraq yaxınlarına təhvil verilib.




 

Geri dön