Ana Sayfa > Karusel / Hadisə > Bakıda YPX maşınının iştirakı ilə DƏHŞƏTLİ QƏZA - VİDEO - YENİLƏNİB

Bakıda YPX maşınının iştirakı ilə DƏHŞƏTLİ QƏZA - VİDEO - YENİLƏNİB


7-07-2022, 11:39. Yazar: Xeberaz


Bakıda Yol Patrul Xidmətinin (YPX) avtomobili yük maşını ilə toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli  bildirib ki, hadisə Ziya Bünyadov prospektində yerləşən tuneldə baş verib.

Onun sözlərinə görə, 99-YP-355 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin yük maşını ilə toqquşması nəticəsində polis əməkdaşı xəsarət alıb:

"Qəzadan öncə tuneldə təmizlik məqsədilə yuyulma işləri aparılıb. Buna görə də yer sürüşkən olub. Yol Patrul Xidmətinin avtomobili su daşıyan yük maşını ilə toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Niftulla Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi olmasa da, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir".



Geri dön