Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > "Patı" çəkən Günaydan DƏHŞƏTLİ ETİRAF: Gözünə nəsə görünür, onu eşitməyə başlayırsan... - VİDEO

"Patı" çəkən Günaydan DƏHŞƏTLİ ETİRAF: Gözünə nəsə görünür, onu eşitməyə başlayırsan... - VİDEO


7-07-2022, 11:37. Yazar: Xeberaz


Azərbaycanda "Patı" kimi tanınan metamfetamin istifadə edən və həyatını məhv edən bir neçə şəxsin dəhşətli etirafları böyük maraq doğurub.

 İTV-də yayımlanan sənədli filmdə psixotrop maddə istifadəçiləri başlarına gələn müsibətlərdən danışıblar.

Qurbanlardan biri, ilk dəfə gözəllik salonunda "Patı" istifadə etməyə başladığını deyən məhbus Günay Cəfərova 3 aydan sonra tanınmaz hala düşdüyünü bildirib:

"3 ay ara vermədən çəkdim. Sonra gördüm ki, 3 ayın içində 12 kq arıqlamışam. Gözəllik salonum var idi və özümə baxan qadın olmuşam. Özümü pis günə qoydum. Elə bilirsən ki, gözünə nəsə görünür, onu eşitməyə başlayırsan. Sonra üzündə yaralar əmələ gəlir. Ləkələr də ondan qalıb. Dişlərim də pis günə qaldı. Ayaqlarımda da ləkələr var".



VİDEO




Geri dön