Ana Sayfa > Karusel / Gündəm / M2 > Bakı-Quba yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ

Bakı-Quba yolundan istifadə edən sürücülərə XƏBƏRDARLIQ


5-07-2022, 13:40. Yazar: Xeberaz

 



Bakı-Quba yolunda aparılan təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-110 km hissəsində nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin söküntüsü aparılır.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə  riayət etmələri xahiş olunur.




Geri dön