Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Azərbaycanda bu rayonda kəndlər sel suları altında qaldı - magistral yol bağlandı - FOTOlar

Azərbaycanda bu rayonda kəndlər sel suları altında qaldı - magistral yol bağlandı - FOTOlar


4-07-2022, 11:15. Yazar: Xeberaz



Ötən gün axşamdan etibarən yağan güclü leysan yağışı nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.

Yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.

Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit



Geri dön