Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb


3-07-2022, 12:25. Yazar: Xeberaz


Zaqatalada Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb.

Xeberaz.az xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Car kənd sakini 1962-ci il təvəllüdlü Şaban Məmməd oğlu Quçiyev qarın boşluğunun kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Şaban Quçiyev əməliyyat edildikdən sonra xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şaban Quçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsində sürücü vəzifəsində işləyir.

APA-nın əldə etdiyi məlumata görə, Şaban Quçiyev həmkəndlisi Tahir Kaştayev tərəfindən bıçaqlanıb. Tahir Kaştayev sübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.



Geri dön