Ana Sayfa > Karusel / Gündəm > Sentyabrda bu sahələrdə qapanmalar ola bilər - AÇIQLAMA

Sentyabrda bu sahələrdə qapanmalar ola bilər - AÇIQLAMA


30-06-2022, 12:53. Yazar: Xeberaz

 

"Əslində sentyabrda qapanmaların olacağı barədə iddialar bir ehtimaldır. Çünki payız aylarında adətən soyuqdəymə xəstəlikləri artır".

Bu sözləri açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professorun sözlərinə görə, reallıq budur ki, hazırda mutasiyanın yaratdığı bu dalğa artarsa, sentyabrda müəyyən qapanmalara gedilə bilər:

"Bu ilk növbədə kütləvi tədbirlərə aid olacaq. Bu qapanmanın mahiyyəti təmasları azaltmaq olacaq. Hesab edirəm ki, toylar, yaslar və kütləvi tədbirlərlə bağlı qapanma tədbirləri görülə bilər".



Geri dön