Ana Sayfa > Karusel / Gündəm / M2 > Gürcüstan səfiri quru sərhədinin açılması ilə bağlı DANIŞDI

Gürcüstan səfiri quru sərhədinin açılması ilə bağlı DANIŞDI


29-06-2022, 12:13. Yazar: Xeberaz


"Azərbaycanın Gürcüstanla quru sərhədini açacağına ümid edirik".

Bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes-forumunda qonşu ölkənin səfiri Zurab Pataradze bildirib.

O həmçinin deyib ki, quru sərhədlərinin bağlı olması fonunda iki ölkə arasında aviasiya əlaqələri getdikcə artırılır və "Azərbaycan Hava Yolları" QSC (AZAL) gələn aydan etibarən Bakıdan Tbilisiyə həftədə 3 dəfə reyslər həyata keçirəcək.

Qeyd edək ki, Bakı-Tbilisi aviareyslərini AZAL-ın aşağı büdcəli törəməsi "Buta Airways" də gündəlik yerinə yetirir.




 

Geri dön