Ana Sayfa > Karusel / Hadisə > Bakıda DƏHŞƏT: Bir yaşlı əkiz bacılar yanaraq öldülər - YENİLƏNİB

Bakıda DƏHŞƏT: Bir yaşlı əkiz bacılar yanaraq öldülər - YENİLƏNİB


29-06-2022, 11:34. Yazar: Xeberaz


Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacı ölüb.

Xeberaz.az APA-ya istinadla xəbər verir ki, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.

Yanğın zamanı 2019-cu il təvəllüdlü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov xəsarət alıblar.

***09:22

Bakıda dəhşətli yanğın olub.

Hadisə bu gün səhər Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində 1 yaşı tamam olmamış körpə ölüb. Ailənin 6 üzvü isə yanıq xəsarəti alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.




 

Geri dön