Ana Sayfa > Karusel / Şou-Biznes > Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib


28-06-2022, 11:22. Yazar: Xeberaz


Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.

Xeberaz.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cüneyt Arkın əsl adı Fəxrəddin Cüreklibaturdur. O 1937-ci il sentyabrın 8-də Türkiyənin Əskişəhər şəhərində anadan olub. Atası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur.

Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsinin məzunu olub. C.Arkın “Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən sayılır. O, 500 filmdə rol alıb.




Geri dön