Ana Sayfa > Karusel / Gündəm > Magistral su kəmərində qəza oldu: Bakının bir sıra əraziləri susuz qalacaq

Magistral su kəmərində qəza oldu: Bakının bir sıra əraziləri susuz qalacaq


26-06-2022, 12:03. Yazar: Xeberaz


Bakının bir sıra ərazilərində içməli suyun təminatında problem olacaq.

Bununla bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı “Facebook”da məlumat verib.

Qurum rəsmisi bildirib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Səbail rayonunun “Şıxov”, Bibiheybət və 20-ci sahə ərazisinə içməli suyun verilişi dayandırılıb.

A.Cəbrayıllı həmçinin vurğulayıb ki, qəza briqadaları hadisə yerində işləyir.




Geri dön