Ana Sayfa > Karusel / Hadisə > Bakıda “BMW” ilə, “06” toqquşdu - 3 nəfər öldü

Bakıda “BMW” ilə, “06” toqquşdu - 3 nəfər öldü


26-06-2022, 11:57. Yazar: Xeberaz



Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Hadisə Zabrat-Maştağa şosesində baş verib.

10-GV-746 dövlət nişanlı "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Orxan Hüseynov əks yola çıxıb. Bu zaman "VAZ-2106" ilə "BMW" markalı maşın toqquşub. Zərbənin gücündən "VAZ-2106"nın sürücüsü və sərnişinləri Rüstəm Ağayev və Həsən Məmmədov hadisə yerində ölüb. "BMW"-nin sürücü və sərnişini ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Ölən hər üç şəxsin meyiti morqa təhvil verilib.




Geri dön