Ana Sayfa > Karusel / Maraqlı > Pomidoru yedikdən əvvəl qızardın. Belə daha faydalıdır

Pomidoru yedikdən əvvəl qızardın. Belə daha faydalıdır


22-06-2022, 11:59. Yazar: Xeberaz


Əksər meyvə və tərəvəzləri çiy halda yemək daha faydalı sayılır ki, yüksək temperaturlar onların tərkibində olan faydalı maddələrin qısmən dağılmasına səbəb olur. Lakin pomidora bu aid deyil.

Mütəxəssislər pomidoru çiy şəkildə deyil, yağda, sobada, qrildə qızardılmış və ya pörtlədilmiş şəkildə yeməyi tövsiyə edirlər. Məsələ burasındadır ki, pomidorun tərkibində olan çox faydalı maddə likopinin miqdarı termik emaldan sonra əhəmiyyətli şəkildə artır.

Likopin ürək və damarların sağlamlığını qoruyan ən effektli antioksidantdır - "pis" xolesterinin səviyyəsini aşağı salır, damarlarda iltihabı və bununla da aterosklerozun riskini azaldır. Bildiyimiz kimi, damarların  qənimi olan ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir.

Həmçinin likopin güclü xərçəng əleyhinə vasitədir. Bu xüsusilə prostat vəzi, ağciyər, qadınlarda süd vəzi xərçənginə aiddir.





Geri dön