Ana Sayfa > Karusel / Hadisə > Gəncədə parkda karusel qırıldı: Uşaq xəsarət aldı

Gəncədə parkda karusel qırıldı: Uşaq xəsarət aldı


21-06-2022, 11:58. Yazar: Xeberaz

 

Gəncədə bədbəxt hadisə baş verib.

Məlumata görə, hadisə şəhərin Bayraq Meydanı parkında qeydə alınıb.

Belə ki 2010-cu il təvəllüdlü N.Abbasova sözü gedən parkda quraşdırılmış karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb.

Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.



Geri dön