Ana Sayfa > Karusel / M / Gündəm / Təhsil / Araşdırma > BDU-da ƏJDAHA PEYDA OLUB... - Tələbələrin HAQQINI YEYİR...

BDU-da ƏJDAHA PEYDA OLUB... - Tələbələrin HAQQINI YEYİR...


20-06-2022, 12:51. Yazar: Xeberaz


“Elçin Babayev “Əjdaha” BDU-nun başa bəla rektorudur. Tələbələrin haqqını “udur”, onlara divan tutur. Hesab edirəm, ölkənin hüquq-mühafizə orqanları hərəkətə keçməli, rektorun fəaliyyəti ciddi araşdırmalıdır”. Bunu Konkret.az saytının baş redaktoru Fadil Paşayev bildirib.

F.Paşayev qeyd edib ki, müəllimlərin tələbələri sıxışdırması, imtahan nəticələrinə görə pul alması barədə ciddi iddialar var: “Əlbəttə, tələbələr öz hüquqlarından istifadə edəcəklər. Amma ali təhsil almaq istəyənlər belə ədalətsizliklə üzləşməməlidir. Xanımlar və cənablar, diqqətinizə çatdırmaq istəyirəm ki, pandemiyadan çıxmış tələbələrdən elə ağır imtahanlar götürülür ki, bu da nəticədə digər xoşagəlməz halların yaranmasına səbəb olur. Budurmu təhsil, budurmu gələcəyə nikbin baxışlar? A kişilər, XXI əsrdir e. Elçin Babayev kimi rektorları olan Azərbaycanın gələcəyinə necə ümid bəsləyək? Emin Əmrullayevdən əlimi üzmüşəm. Ümid qalır, dövlətin ali rəhbərliyinə ki, təhsil mafiyasına “dur” desin, özbaşınalığa son qoysun! Bu laqeydlik kökündən yox olmalıdır. Dövlətin gözü qarşısında cinayətlər baş verməməlidir! Dönə-dönə rica edirəm, əlaqədar qurumlardan BDU-dakı biabırçılığa son qoyulsun!”

Qeyd: Sosial şəbəkələrdə Bakı Dövlət Universitetinin müəlliminin tələbələrdən rüşvət tələb etməsi ilə bağlı səs yazısı yayılıb. İddia olunur ki, səs yazısı universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsusdur. İlk imtahandan keçmək üçün müəllimin 3-5 min manat civarında pul tələb etdiyi qeyd olunub: “İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.

BDU-nun Mətbuat xidmətindən bildirilib ki, məsələ ciddi araşdırılır: “Universitet son üç ildə daxili mühitin saflaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin olunması və neqativ hallarla mübarizə aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. BDU bu məsələdə tələbələri, müəllimləri və bütünlükdə ictimaiyyəti universitetə dəstək olmağa çağırır”.

Hadisə bir neçə gün öncə baş versə də, ictimaiyyətə dolğun məlumat verilməməsi tənqidə səbəb olub.


(Konkret.az )




Geri dön