Ana Sayfa > Karusel / Hadisə > Bakı-Şamaxı yolunda ağır qəza - Ölənlər var

Bakı-Şamaxı yolunda ağır qəza - Ölənlər var


20-06-2022, 10:50. Yazar: Xeberaz

Ötən gecə Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.

Magistralın 30-cu kilometrliyində - Abşeron rayonu ərazisində "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, 1977-ci il təvəllüdlü Babək Məmmədov və sərnişini Samirə Məmmədova aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Geri dön