Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda DƏHŞƏTLİ QƏZA: “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var - FOTO - YENİLƏNİB

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: “Toyota” “KamAZ”a çırpılıb, ölənlər var - FOTO - YENİLƏNİB


19-06-2022, 12:24. Yazar: Xeberaz

 

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil Gəncə istiqamətin də hərəkətdə olarkən "Azpetrol" şirkətinə məxsus yanacaq daşıyan “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Geri dön