Ana Sayfa > Karusel / Hadisə > Kürdəmirdə minik avtomobili “Azpetrol” maşınına çırpılıb, 3 nəfər xəsarət alıb

Kürdəmirdə minik avtomobili “Azpetrol” maşınına çırpılıb, 3 nəfər xəsarət alıb


19-06-2022, 11:18. Yazar: Xeberaz



Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək

"Azpetrol" MMC-yə məxsus "Man" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sürücü və iki sərnişin ağır xəsarət alıblar.

Xəsarət alan sərnişinlərdən birinin hərbi qulluqçu olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.


Məqaləyə dair fotomateriallar:



Geri dön