Ana Sayfa > Karusel / Gündəm / M2 > Azərbaycanlı qadınları Türkiyədə satan Gülnarəni HƏBSXANAYA GÖNDƏRDİLƏR

Azərbaycanlı qadınları Türkiyədə satan Gülnarəni HƏBSXANAYA GÖNDƏRDİLƏR


18-06-2022, 11:52. Yazar: Xeberaz


Qadınları cinsi istismara məruz qoyan şəxs məhkum edilib.


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.  


Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Məhkəmənin hökmünə əsasən G.Məhərrəmova Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri dön