Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Xəsarət alanlar var

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Xəsarət alanlar var


18-06-2022, 11:49. Yazar: Xeberaz


Bakıda çoxmərtəbəli binanın lifti qırılıb.

Hadisə ötən gün gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.

Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çırpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.


Geri dön