Ana Sayfa > Karusel / Gündəm / Hadisə > Əvvəl keçmiş arvadını, sonra özünü öldürdü - İmişlidə DƏHŞƏT

Əvvəl keçmiş arvadını, sonra özünü öldürdü - İmişlidə DƏHŞƏT


18-06-2022, 11:44. Yazar: Xeberaz


İmişlidə qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə İmişli Rayon Prokurorluğu məlumat yayıb. 

Qeyd olunub ki, iyunun 17-də İmişli rayonu ərazisində 1988-ci il təvəllüdlü Turan Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla qadının keçmiş əri, 1983-cü il təvəllüdlü Mehbalı Əhmədovun aralarında yaranmış münaqişə zamanı Turan Mustafayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə, daha sonra özünə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

08:49

İmişlidə qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Yalavac kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Əhmədov Mehbalı Xanoğlan oğlu münaqişə zəminində arvadı, 1988-ci il təvəllüdlü Mustafayeva Turanə Vaqif qızını bıçaqla qətlə yetirib. M.Əhmədov sonra bıçaqla özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön