Ana Sayfa > Karusel / Hadisə > Bakı-Quba yolundakı DƏHŞƏTLİ QƏZA: iki nəfər ölüb, 4 nəfər xəsarət alıb

Bakı-Quba yolundakı DƏHŞƏTLİ QƏZA: iki nəfər ölüb, 4 nəfər xəsarət alıb


15-06-2022, 11:30. Yazar: Xeberaz

 



Bakı-Quba yolunda iki maşın toqquşub.

Xeberaz.az  APA-ya istinadən xəbər verir ki, hadisə magistralın 78-ci km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

“Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib. Onlar 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadə və 19 yaşlı Gülbəniz Qaçıyevadır. Qəza zamanı 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Geri dön