Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Azərbaycanda 11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə öldü - ANBAAN VİDEO

Azərbaycanda 11 il sonra doğulan evin tək uşağı faciəvi şəkildə öldü - ANBAAN VİDEO


14-06-2022, 11:30. Yazar: Xeberaz

#VİDEO#QƏZA

Lənkəranda piyadanın vurulması ilə nəticələnən dəhşətli qəza baş verib.

Avtomobil yolu keçməyə çalışan 5 yaşlı uşağı vuraraq öldürüb.

Hadisə iyunun 11-i saat 13 radələrində Vilvan kəndində baş verib. Belə ki, şəhər sakini İ.Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçməyə çalışan 2017-ci il təvəllüdlü S.Hüseynovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən azyaşlı iyunun 12-də dünyasını dəyişib.

Qeyd edək ki, S.Hüseynov 11 il sonra doğulan evin tək uşağı olub.




Geri dön