Ana Sayfa > Karusel / Şou-Biznes / Xəbəraz TV > Aqil M.Quliyevin etirafı: "Xoşbəxt günlərim həbsdə olub" - VİDEO

Aqil M.Quliyevin etirafı: "Xoşbəxt günlərim həbsdə olub" - VİDEO


12-06-2022, 10:36. Yazar: Xeberaz



"Ən xoşbəxt günlərim həbsdə olub". 

Bu sözləri məşhur rejissor Aqil M.Quliyev qonaq olduğu "O kimdir?" verilişində deyib.  

O sənətinə bağlılığından danışıb:  

"Rahatam. Heç nəyə vərdiş etmirəm. Nə insanlara, nə sevgililərə. Sabit asılılığım var. O da ki, peşəmdir".  

Verilişin gedişatında aparıcının "36 gün həbsdə oldunuz. Nə öyrətdi sizə bu günlər?" sözlərinə Quliyev "30 günü tək oldum. Ən xoşbəxt günlərim idi" - deyə, fikirlərini belə davam edib:  

"Tək olanda öz fikirlərimi eşidirdim. Mobil telefonsuz, rabitəsiz. Hamıya da deyirdim ki, yanıma gəlməyin. Mane olursunuz. Kitab oxuyurdum".  





Geri dön