Ana Sayfa > Karusel / Maraqlı > Gündə iki stəkan çay içmək... - İÇDİYİMİZ ÇAYIN BİLMƏDİYİMİZ FAYDALARI

Gündə iki stəkan çay içmək... - İÇDİYİMİZ ÇAYIN BİLMƏDİYİMİZ FAYDALARI


10-06-2022, 11:46. Yazar: Xeberaz


Çay Şərq cəmiyyətlərinin vazkeçilməz içkisidir. Xüsusən də Azərbaycanda çay içmək həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Zaman-zaman çayın faydaları və ziyanı barədə müzakirələr aparılıb. Bu yaxınlarda isə alimlər çayın bu günə qədər bilinməyən yeni faydalarını aşkar ediblər.

- Çayın tərkibindəki polifenol və katexinlər bəzi xərçəng növlərinin qarşısını alır.

- Bundan başqa çayın tərkibindəki polifenol DNA xəstəliklərinin qarşısını alır.

- Çay qarın bölgəsində yaranan yağlanmanın qarşısını alır.

- Gündə ən azı 2 stəkan çay içmək stres hormonu olan kortizolun miqdarını azaldır.

- Çayın tərkibindəki fito kimyəvi maddələr sümüklərə faydalıdır və sümük qalınlığını artırır.

- Çay arıqlamaq istəyənlər üçün də faydalıdır.

- Gündə iki stəkan çay orqanizmin antioksidant ehtiyacını təmin edir.

Elmi tədqiqatlar nəticəsində məlum olub ki, çayın tərkibindəki L-Theanine sayəsində orqanizm rahatlıq əldə edir.

Qeyd edək ki, təcrübələrdə sağlam insanlar iştirak edib. Ürək, qan təzyiqi problemi olanlar isə həkimlə məsləhətləşməlidirlər.


Geri dön