Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda bitməyən avtobus dərdi - Sürücülər qapılarını niyə bağlamır? - FOTO

Bakıda bitməyən avtobus dərdi - Sürücülər qapılarını niyə bağlamır? - FOTO


10-06-2022, 11:42. Yazar: Xeberaz

 

Bakıda hələ də qapısı açıq halda avtobus idarə edənlərə rast gəlmək mümkündür. İllərdir bu barədə yazılsa, tənqid olunsa da, məsələ həllini tapmır.

Əsasən şəhər ətrafı ərazilərdə və qəsəbələrdə avtobus sürücüləri qaydaları kobud şəkildə pozur, qapılar açıq şəkildə maşını idarə edirlər.

Səhər saatlarında Biləcəri qəsəbəsində 202 saylı avtobusun sürücüsü də qapıları açıq şəkildə idarə edib. Bu barədə hadisə şahidləri “qaynar xətt”inə məlumat veriblər.

Həmçinin bildirilir ki, belə hallar, demək olar, hər gün baş verir. Qəsəbə ərazisində işləyən avtobusların əksəriyyəti kənd ərazisində qapıları bağlamırlar. Yalnız şəhərə çatana yaxın qapılar bağlanır.

Problemin nə zaman həll olunacağı isə bilinmir.

BAKU.WS

Geri dön