Ana Sayfa > Karusel / Hadisə > Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi, həbs olundu

Bakı metrosunda qadına qarşı əxlaqsızlıq etdi, həbs olundu


10-06-2022, 11:33. Yazar: Xeberaz


Bakı metrosunda tanımadığı qadına qarşı qeyri-əxlaqi hərəkətlər edərək ictimai asayişi pozan şəxs saxlanılıb.

Hadisə iyunun 8-də metronun “Ulduz” stansiyasında qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Füzuli Məcidov (ad və soyad şərtidir - red.) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. O, dərhal metropolitenin polis nəfərləri tərəfindən saxlanılaraq növbətçi hissəyə təhvil verilib.

F.Məcidovun törətdiyi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.



Geri dön