Ana Sayfa > Karusel / Hadisə / Xəbəraz TV > Bakı metrosunda sərnişin siqaret çəkdi, DİN araşdırmalara başladı - VİDEO

Bakı metrosunda sərnişin siqaret çəkdi, DİN araşdırmalara başladı - VİDEO


9-06-2022, 11:35. Yazar: Xeberaz

 

Bakı metrosunda sərnişinlərdən biri qatarda xoşagəlməz hərəkətlər edib.

Bu barədə Saleh Nəsirov adlı vətəndaş sosial şəbəkədə video paylaşıb.

Videodan da göründüyü kimi bir nəfər qatarda sərnişinlərin yanında siqaret çəkməyə başlayıb. Vaqonda olan xanım sərnişinlər onun bu hərəkətindən narahat olublar. İki nəfər ondan siqareti almağa çalışıb.

O, bu addımı atmaqla təkcə xuliqanlıq etməyib, həm də öz və digər vətəndaşların həyatını təhlükəyə atıb.

Məsələ ilə bağlı araşdırmalara başlanılıb. DİN-dən  verilən məlumata görə, sözügüdən video yayıldıqdan sonra dərhal araşdırmalara başlanılıb. Araşdırmalardan sonra açıqlama veriləcək.


Geri dön