Ana Sayfa > Karusel / Səhiyyə / Xəbəraz TV > 3-5 manata satılan eynəklər gözdə hansı xəstəlikləri yaradır? - AÇIQLAMA + VİDEO

3-5 manata satılan eynəklər gözdə hansı xəstəlikləri yaradır? - AÇIQLAMA + VİDEO


8-06-2022, 09:34. Yazar: Xeberaz



Yayın gəlişi ilə günəş şüalarından qorunmaq üçün eynəklərə tələbat artıb.

ARB-nin “Günə doğru” verilişində eynəklər barədə süjet yayımlanıb.

Belə ki, sorğuda iştirak edən sakinlər eynək seçimlərində birmənalı olaraq keyfiyyətə önəm verdiklərini deyiblər.



Mağaza satıcıları isə 3-5 manata olan eynəklərə tələbin az olmadığını vurğulayıblar. Satıcının sözlərinə görə, sürücülər eynək alışında daha seçicidirlər.

3-7 manat aralığında olan eynəklərin alıcıları çox olsa da, mütəxəssislər onların alışını məsləhət görmürlər.

Mövzu ilə bağlı cərrah-oftalmoloq Lamiyə Əliyeva bu kimi eynəklərin göz üçün zərərli olduğunu, katarakt və digər göz xəstəliklərini yaratdığını bildirib.

Daha ətraflı süjetdə:







Geri dön