Ana Sayfa > Karusel / Gündəm / Maraqlı > Xuraman Əlizadə “TikTok” gəlirini AÇIQLADI

Xuraman Əlizadə “TikTok” gəlirini AÇIQLADI


7-06-2022, 14:06. Yazar: Xeberaz


Aktrisa Xuraman Əlizadə “TikTok” qazancını açıqlayıb.

Bu barədə o, ARB TV-nin “Onun Sirri” verilişinin qonağı olduğu zaman danışıb.

“Üç aydır “TikTok” işlədirəm. Özümə ən bahalı telefonu aldım. Təxminən 2-3 aya 5-6 min arası qazandım. Kənan MM məndən çox qazanır. İzləyicilərimin əksəriyyəti Rusiyada olduğu üçün onlarla əlaqə kəsildi. Bu səbəbdən də indi yaxşı qazana bilmirəm”, - deyə aktrisa qeyd edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə “TikTok” sosial şəbəkəsi bu ölkədə fəaliyyətini dayandırıb.


Geri dön