Ana Sayfa > Karusel / Gündəm > Bu tarixdə hava kəskin dəyişir - Hava ilə bağlı XƏBƏRDARLIQ

Bu tarixdə hava kəskin dəyişir - Hava ilə bağlı XƏBƏRDARLIQ


7-06-2022, 09:54. Yazar: Xeberaz


Bakıda və Abşeron yarımadasında bu gündən başlayaraq iyunun birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında isə bu gündən iyunun 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.




Geri dön