Ana Sayfa > Karusel / Hadisə > Regional Təhsil İdarəsindən məktəblilərin Şəkidə qəzaya düşməsi ilə bağlı AÇIQLAMA

Regional Təhsil İdarəsindən məktəblilərin Şəkidə qəzaya düşməsi ilə bağlı AÇIQLAMA


6-06-2022, 09:49. Yazar: Xeberaz

SOSİAL
22:57 05.06.2022



344


Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məktəblilərin qəzaya düşməsinə dair məlumat yayıb.

Məlumat idarənin rəsmi "Facebook” səhifəsində yerləşdirilib.

"Samux şəhər 3 nömrəli tam orta məktəbin 16 şagird və 4 müəllimindən ibarət heyətini daşıyan avtobus bu gün Şəki şəhərində qəzaya uğrayıb. Avtobusda olan müəllim və şagirdlər dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Şagirdlərdən birinin isə xəstəxanada müalicəsi davam etdirilir.

Qəza nəticəsində xəsarət almış şagird və müəllimlərə Allahdan şəfa diləyirik”, – deyə məlumatda bildirilir.

Geri dön