Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Azərbaycanda İŞİD-ə dəstək verən şəxs tutuldu - FOTO

Azərbaycanda İŞİD-ə dəstək verən şəxs tutuldu - FOTO


5-06-2022, 11:48. Yazar: Xeberaz


Sosial şəbəkələrdə İŞİD-ə dəstək nümayiş etdirən azərbaycanlı saxlanılıb və haqqında araşdırma başladılıb.

 Qusar rayonunun sakini Abdullah Mustafayev (ləqəbi Abdullah əl Qusari) İŞİD terror təşkilatına dəstək nümayiş etdirib.

Onun Azərbaycandakı şiələrin başını kəsmək, həyat yoldaşlarını cariə etmək və mal-mülklərini zəbt etməklə bağlı çağırış etdiyi bildirilib.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb və haqqında araşdırma başladılıb.




Geri dön