Ana Sayfa > Karusel / Hadisə / Dünya > İstanbulda meymunçiçəyi şübhəsi: əllərində yaralar olan əcnəbilər...

İstanbulda meymunçiçəyi şübhəsi: əllərində yaralar olan əcnəbilər...


5-06-2022, 11:21. Yazar: Xeberaz

DÜNYA
23:39 04.06.2022



293


Türkiyə Səhiyyə naziri Fahrettin Koca İstanbulda meymunçiçəyi şübhəsi ilə mediada müzakirə edilən 4 nəfərin test nəticələrinin mənfi çıxdığını açıqlayıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, İstanbulun Sultanqazi Həbiblər küçəsindəki aptekə gedən əcnəbi vətəndaşlar əllərindəki yaraları göstərərək dərman istəyiblər və əczaçı yaraların meymunçiçək virusu ola biləcəyindən şübhələnib və səlahiyyətlilərə məlumat verib.

Meymunçiçəyi xəstəliyindən şübhələnən şəxslər aparıldıqları xəstəxanada test veriblər.

Səhiyyə naziri Fahrettin Koca lazımi analizlərin aparıldığını, 4 nəfərin analizinin nəticəsinin mənfi olduğunu bildirib.

Nazir Türkiyədə indiyə qədər meymunçiçəyi diaqnozu qoyulan xəstənin olmadığını vurğulayıb. 
 


Geri dön