Ana Sayfa > Karusel / Hadisə > Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə atdı - FOTO

Bakıda oğru götürdüyü televizorla birgə özünü 5-ci mərtəbədən yerə atdı - FOTO


5-06-2022, 11:14. Yazar: Xeberaz

SOSİAL
09:40 05.06.2022



169


Bakıda oğurluqda şübhəli bilinən kişi özünü yaşayış binasının 5-ci mərtəbəsindən yerə atıb.

Hadisə Nərimanov rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Məcidov Nofəl Namaz oğlu Faiq Yusubov küçəsində yaşayış binasından televizor oğurlamaq istəyərkən qonşular onu görüb. N.Məcidov televizorla birgə özünü 5-ci mərtəbədən yerə atıb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.
 

 

 

 

 

 

 



Geri dön